Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Necə kreativ insan olmalı? 
19 aprel 2024 16:51
1351

Necə kreativ insan olmalı? 

Yaradıcı insan olmaq üçün ilk öncə yaradıcılıq sözünün mənasını başa düşmək lazımdır. Yaradıcılığın tərifi budur - əvvəllər mövcud olmayan, keyfiyyətcə yeni bir şey meydana gətirən fəaliyyət. Bu tərif bizə “necə yaradıcı olmalı?” sualına cavab verir. Sadəcə onu düzgün təhlil etmək lazımdır. Bu məqaləni oxumaqla özünüzə həm suallar verəcəksiniz və elə bu suallarıda özünüz də cavablayacaqsınız. 

Yaradıcı insanlara kimləri misal göstərə bilərik?  

Nikolas Kopernik – Yerin bir planet olduğunu və onun kimi bütün planetlərin Günəşin ətrafında fırlandığı fikrini yaratdı. Nəzərə almaq lazımdır ki, onun dövründə Ptolomey nəzəriyyəsi(Yer kürəsi dünyanın mərkəzində durur və bütün başqa göy cisimləri (ay, ulduzlar, planetlər) onun ətrafında fırlanırlar) qəti olaraq qəbul edilmişdi və ona qarşı çıxanlar ölümlə cəzalanırdılar. Bu misaldan görmək olar ki, yaradıcı insan olmaq həyati təhlükə daşıyır. 

Zaha Hadid – Bizim hamımızın yaxşı tanıdığı Bakıdakı Heydər Əliyev Mərkəzinin binasının memarı məhz bu şəxsdir. O İraqda doğulsada, İngiltərədə təhsil alıb. Daha sonra onun yaratmağa olan marağı daha da böyüyüb və nəticə də, dünyamıza bir çox töhfə vermişdir. Bu isə daha bir suala cavab verir - “Şərait və imkanlar yaradıcı olmağa mane olurmu?” - təbii ki, xeyr. Əgər siz digərlərindən fərqli yol ilə irəliləyirsinizsə, şərait və imkandan asılı olmayaraq  əvvəl-axır yeni bir şey yaradacaqsınız. Unutmamaq lazımdır ki, yeni fikirlər, ideyalar yaradan bizim beynimizdir və o çətin vəziyyətə düşdükdə daha yaxşı işləyir. 

Alfred Porter Southwick -  Yaradıcılıq həmişə xeyirxahlıq yaxud yaxşılıq üzərindən inkişaf etmir. İnsanların həyatlarını asanlaşdıran bir çox qurğular ixtira edilsə də, insanın ölümünü asanlaşdıran qurğular da ixtira edilir. Buna nümunə olaraq elektrik stulunu göstərə bilərik. Təbii ki, Alfred Porter də yaradıcı bir insandır. Amma təəssüflər olsun ki, onun ixtirası insanları bu həyatdan köçürməyi asanlaşdırıb. Daha bir suala cavab tapıldı - “Bəşəriyyətə ziyan verən ixtiraları yaradıcılıq nümunəsi saymaq olarmı?” - Əlbəttə, amma bu cəhətdən yaradıcı olmağa ehtiyyac yoxdur. 

Təbii ki, hər kəs mənalı və lazımi ixtiralar etmir. Bəziləridə vardır ki, gülməli ixtiralar ilə yadda qalır. Son dövrlərdə yumor mövzusunda yaradıcılıq inkişaf edib. Gəlin nümunələrə baxaq. 

Noodle soyudan çubuqlar
Noodle soyudan çubuqlar
Metal dedektor tərliyi
Metal dedektor tərliyi
Krummlauf
Krummlauf

Bu nümunələrdən biz onu başa düşməliyik ki, "insan necə kreativ olmalı?" sualına cavab almaq üçün çox araşdırmaq və bunun üzərində düşünmək lazımdır. Çünki yaradıcı olan sizin qolunuz, ayağınız yox məhz beyninizdir. Onu isə yalnız başqa nümunələri araşdıraraq və öz-özünüzü sual-cavab edərək yaradıcı edə bilərsiniz.   

Yolun apara biləcəyi yerə getmə, yolun olmadığı yerə get və iz burax – Ralf Uold Emerson 

Aydın Kərimli


 

9
Müəllif
Şərhlər