Platformanın bütün imkanlarından yararlanmaq üçün
Qeydiyyatdan keç
və ya
Daxil ol
azAzərbaycanca
enİngiliscə
Marketinqdə dizayn, yoxsa dizaynda marketinq?
7 avqust 2024 18:50
772

Marketinqdə dizayn, yoxsa dizaynda marketinq?

Dizayn - sənaye məhsullarının formasını müəyyənləşdirmək üçün edilən yaradıcı fəaliyyətdir. Bura həm xarici görünüş, həm struktur və funksional cizgilərini müəyyənləşdirmək vəzifələri aiddir.

Dizayn ingiliscə layihələşdirmək, çəkmək deməkdir. Əşyaların layihələşdirilməsi insanın əmək, məişət və istirahət şəraitinin əlverişliyini nəzərə almaqla onların estetik cəhətdən harmonikliyini təmin edən fəaliyyət sahəsidir."

Bu dizaynın “Wikipedia”da verilmiş izahıdır. Buradan anlamaq olur ki, dizayn ayrılıqda funksiya daşımır. Hər hansı bir əyşa olmalıdır ki, dizayn öz işini görsün.

Bu məqaləni yazmaqda məqsədim dizaynın nə qədər önəmli olduğunu şablon cümlələrlə yox, əyani izahlarla göstərməkdir.

Gürcüstan mineral su şirkətlərindən birindən nümunə gətirərək sizə "Dizayn necə müştəri gətirə bilər?"i anlatmağa çalışacam.

Amina Mammadova/behance.net
Amina Mammadova/behance.net

1-ci poster: Timsah qurbanını gözləyən zaman posterdəki formada dayanır. Yəni timsahın arzusu "Nabeghlavi"dir.

2-ci poster: "Çoxdan içəndir" ifadəsi uzun zamandan bəri bunu istifadə etdiyini bildirir. Tısbağanın posterə yerləşdirilməsi isə bu suyun sağlamlığa faydalı olması barədə məlumat verir. Burada sizin şüuraltınıza bir mesaj göndərmək istənilib: "Bu sudan mütəmadi istifadə eləsən , sən də tısbağa kimi uzunömürlü olacaqsan." 

3-cü poster: Aydındır ki, bu poster də sağlamlıq barədədir. Buradakı ifadə bizim təhtəlşüurumuza mineral suyun boyu artıracağı barədə informasiya göndərir.

Bildiyimiz kimi, mineral sular sağlamlıq üçün nə qədər yaxşı olduğunu desək də, ağız dadı üçün eyni ifadəni deyə bilmərik. Çünki, bəzilərin ya acı, ya da turş dadı olur. Bunlara baxmayaraq "Nabeghlavi" 27 ölkənin marketlərində rəflərdə satılır və illik istehsalı 60 milyon litrdən çoxdur. 

Dizayn və yaradıcılıq bir-birindən asılıdır. Yaradıcı olmayan insanın dizayner olmağı biraz müşkül məsələdir. Gəlin növbəti posterə baxaq.

2010-cu ildə "Uber" reklam agentliyinin "Casio" fotoaparatları üçün yaratdığı "Millisaniyədə makiyaj" kampaniyası
2010-cu ildə "Uber" reklam agentliyinin "Casio" fotoaparatları üçün yaratdığı "Millisaniyədə makiyaj" kampaniyası

Marketinqi dizaynsız fikirləşmək mümkün deyil. Siz reklam sahəsində bir çox yaradıcı dizayna rast gəlirsiniz. Həmin nümunələrdən biri də budur. İlk baxdığınız anda nə düşündünüz?

Belə ki, şirkət kreativ dizaynla qadınlara onu çatdırmaq istəyir ki, sizin makiyaj etməyinizə ehtiyac yoxdur. Bizim kameramız bunu 1 millisaniyədə həll edir. İndi bunu görən bir qadının bu dizayna valeh olmamaq ehtimal bəlkə də 0%-ə bərabərdir. Çünki, siz onun ehtiyacı olan şeyi daha qısa yol ilə həll edirsiniz və gözəl dizaynla onlara çatdırırsınız. Kampaniyanın digər posterləri tanış olmaq üçün keçid edin. (Şəkillər mətni uzadacağı üçün hamısını yerləşdirmədim.)  

İndi sizə təqdim edəcəyim reklam dünyasının şahına aid maraqlı və bir o qədər də gülməli kampaniyadır. 

McDonald's yenə öz ampluasındadır!

Wi-Fries
Wi-Fries

Bildiyiniz kimi, McDonald's bütün mağazalarında Wi-Fi hər kəs üçün əlçatandır. McDonald's bu poster vasitəsilə insanlara rahat məkan, pulsuz Wi-Fi və kartof fri təklif edir. Kim bu möhtəşəm təklifdən imtina edər?

Bu ideyanı beyin yaratsa da, onu dizayn vasitəsilə insanlara çatdırırlar. Yəni, dizayn olmasa böyük ehtimal ki, reklam sahəsi o qədər də effektli olmazdı. 

Yalnız xarici şirkətlərin dizaynlarını göstərməklə yerli şirkətlərimizə haqsızlıq etmiş olarıq. Axı, biz niyə bu sahədə onlardan geri olmalıyıq?

"UForex" şirkətinin investisiyanı anlatan postu
"UForex" şirkətinin investisiyanı anlatan postu

Yəqin ki, bir çoxunuz "Balaca Şəhzadə"ni oxumusunuz. Bu postda onun qızılgülü coin ilə əvəz olunub. Onun qızılgülünü nə qədər sevdiyini deməyimə hər halda ehtiyac yoxdur. Demək səndə öz "qızılgülünü" sevirsənsə, ona qayğı göstərməlisən. Yəni, yetərincə onu tədqiq etməli, lazım olduqda su verməlisən. Bu şərtlər yerinə yetirildikdə sən uğur qazanacaqsan.

Sizə göstərilən nümunələrdən aydın olur ki, hər bir dizayn əslində nə qədər dərin mənaya malikdir. Hal-hazırda dizayn ən çox maraq göstərilən sahələr arasındadır. Bunu yaradıcılıqla əlaqələndirmək olar. Çünki, bu zamana qədərki dövr ərzində yaradıcı olanlar həmişə önplanda olub. Ona görə də, dizaynın günümüzdəki populyarlığı səbəbsiz deyil.

Qeyd: Adları çəkilən şirkətlərin heç biri reklam xarakteri daşımır. Nümunədir.


16
Müəllif
Şərhlər